Qvardiolanın yeni "sağ əli" görün kim olacaq
Bizi izləyin

İdman

Qvardiolanın yeni "sağ əli" görün kim olacaq

"Mançester Siti" yeni idman direktoru axtarır.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Hazırkı idman direktoru Txiki Beqiristayn "Mançester Siti" ilə vidalaşacaq. O, 2024/25 mövsümünün sonunda işini tərk edəcək. "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın "sağ əli" sayılan funksionerin yanvarda xələfi ilə işləməyə başlayacağı gözlənilir. Məqsəd yeni direktoru qarşıda duran vəzifələrə hazırlamaqdır.

Bildirilir ki, əsas və yeganə namizəd Uqo Vianadır. 41 yaşlı mütəxəssis 2018-ci ildən "Sportinq"də eyni vəzifədə çalışır. Hazırda portuqaliyalı funksioner ilə birbaşa əlaqə saxlanılmayıb. Ancaq yaxın həftələrdə vəziyyət dəyişə bilər.

Viana Portuqaliya millisinin keçmiş oyunçusudur. O, futbolçu kimi “Sportinq”, “Nyukasl” və “Valensiya”da çıxış edib. Tezliklə qayıdacağı gözlənilən İngiltərə Premyer Liqasında 39 oyun keçirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm