Məşhur futbolçunu zorlamada ittiham edən rus modelin yalanı necə üzə çıxdı? - FOTOLAR
Bizi izləyin

İdman

Məşhur futbolçunu zorlamada ittiham edən rus modelin yalanı necə üzə çıxdı? - FOTOLAR

Rus əsilli ispan model Luisa Kremleva 2017-ci ilin iyun ayında məşhur futbolçu Teo Ernandesin İspaniyanın Marbella şəhərindəki gecə klubunun dayanacağında ona təcavüz etdiyini bildirib.

Publika.az xəbər verir ki, Ernandes həmin ərəfədə "Atletiko"dan "Real"a keçdiyi üçün tanınmağa başlayıb. Nəticədə bu hadisə böyük səs-küy doğurub. Amma illər sonra məlum oldu ki, Kremleva yalan danışır.

Rus modelin dediyinə görə, Teo ona qeyri-qanuni maddələr verib və zorlayıb. Sonra onu özünün dəbdəbəli "Porsche Cayenne" avtomobilindən ataraq dizini zədələyib.

İspan jurnalistlərə verdiyi müsahibədə model bunları deyib: “Belimdə və dizimdə olan hücuma dair sübutum var. Kaş Teo üzr istəsəydi. Mənim layiq olduğum ən az şey budur".

Hakim cinayətin törədilməsinə dəlil olmadığına qərar verib və məhkəmə təxirə salınıb. Hətta həbs olunmayan Ernandes Kremleva ilə cinsi əlaqədə olduğunu, lakin bunun qarşılıqlı razılıq əsasında baş verdiyini etiraf edib. Ginekoloji müayinə cinsi əlaqəni təsdiqləyib, lakin qızın qanında heç bir dərman tapılmayıb.

Məhkəmədə həmçinin məlum olub ki, model iddia edilən cinayətin baş verdiyi gecə fransalı futbolçu ilə yazışıb. O, dəfələrlə Teodan onun evinə gəlib-gəlməyəcəyini soruşub. Bu, zorlama qurbanı üçün qeyri-adi haldır.

Amma Kremlevanın yalan dediyinin ən mühüm sübutu təhlükəsizlik kameralarının qeydləri olub. Məlum olub ki, model gecə klubunun yaxınlığında təsadüfən yıxılaraq dizini zədələyib. Buna görə də Ernandes bəraət alıb. Luisa isə böhtanda ittiham olunub.

İspaniya prokurorlarının sözlərinə görə, model diqqəti cəlb etmək və ola bilsin ki, futbolçudan pul qoparmaq istəyib.

Bir neçə televiziya şousuna çəkildikdən sonra İspaniyada məşhurlaşan Kremleva 2020-ci ildə böhtan atmaqda ittiham olunub. Dörd ildən çox vaxt keçdikdən sonra - oktyabrın 28-də model nəhayət məhkəmə qarşısına çıxacaq. Onu 2 ilə qədər həbs və cərimə gözləyir. İşin bütün tərəflərinə prosesin təxirə salınmasını tələb etmək imkanı verilib. Lakin belə vəsatətlər daxil olmayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm