Olimpiya çempionu cəzalandırıldı
Bizi izləyin

İdman

Olimpiya çempionu cəzalandırıldı

Ukrayna Milli Antidopinq Mərkəzi biatlonçu Vita Semerenkonu antidopinq qaydalarını pozduğuna görə yarışdan kənarlaşdırıb.

Publika.az xəbər verirk i, diskvalifikasiya 20 mart 2025-ci il tarixinədək etibarlıdır. Semerenko təqvim ili ərzində üç dopinq testini buraxdığına görə cəzalandırılıb.

2014-cü ildə Semerenko estafetdə Soçi Olimpiadasının “qızıl” və sprintdə isə bürünc medal qazanıb. Semerenko 2021/22 mövsümündə Ukrayna millisinin biatlonçusu kimi beynəlxalq yarışlarda çıxışını başa vursa da, o, milli komandanın tərkibində olmağa davam edir və ölkə daxilində keçirilən çempionatlarda iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm