“Neftçi” onunla yollarını ayırdı
Bizi izləyin

İdman

“Neftçi” onunla yollarını ayırdı

“Neftçi” legioner futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı cari mövsüm iştirak ərizəsinə salınmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm