İdman
Maliyyə problemləri yaşayan klub futbolçuların “boğazından kəsdi”
“Espanyol” klubu ciddi maliyyə sıxıntıları yaşayır.
Publika.az xəbər verir ki, bu səbəbdən rəhbərlik komandanın futbolçularının qida rasionunu məhdudlaşdırmaq qərarına gəlib. Bu barədə “Relevo” məlumat yayıb.
Vetçina və zülallı yoqurtlar futbolçulara təklif olunan məhsullar siyahısından çıxarılıb. Eyni zamanda meyvələrin miqdarı ciddi şəkildə məhdudlaşdırılıb.
Klub həmçinin çarter reyslərini ortaq uçuşlar və avtobus səfərləri ilə əvəz edir. İddia olunur ki, oyunçular bu cür qənaət edən üsullara dözməyə hazırdılar. Lakin yeməklərə qoyulan məhdudiyyətlərdən və menyunun keyfiyyətinin aşağı düşməsindən sonra bu cür idarəetmə siyasətinə qarşı mübarizə aparmaq niyyətindədirlər. Onlar klubun marketinq departamentindən və maliyyə işçilərindən öz fikirlərini bildirmək və hazırlanmalarının əsaslarından biri hesab etdikləri qidaya təsir etmədən mümkün həll yollarını təklif etmək üçün görüş keçirməyi xahiş ediblər.
İdman orqanları da bu tələblə bağlı məlumatlandırılıb. Onlar mümkün olan ən yaxşı razılaşmaya nail olmaq üçün birlikdə çalışırlar.
“Espanyol” İspaniya çempionatında 10 xalla 14-cü pillədə qərarlaşıb.
-
Sosial02:44
Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO
-
Dünya00:30
Daha bir DƏHŞƏTLİ AVİAQƏZA: təyyarə çimərlikdə partladı - ANBAAN VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Problemlərdən dərs çıxarın
-
Kriminal00:00
Şamaxıda QƏTL: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir"
-
Magazin19 Yanvar 23:12
Dilarənin Elşənin verilişində qorxduğu anlar yayımlanacaq
-
MDB9 Yanvar 22:12
Selfi çəkmək istəyi FACİƏYƏ ÇEVRİLDİ - Ölənlər var
-
Magazin19 Yanvar 21:24
Elgizdən İRAD: “Gəlin çimir, qayınata baxır" - VİDEO
-
İdman9 Yanvar 20:24
Neymar 2024-cü ildə görün nə qədər QAZANIB