İdman
Neymar 2024-cü ildə görün nə qədər QAZANIB
“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar 2024-cü ildə cəmi 42 dəqiqə oynayaraq 101 milyon avro qazanıb.
Publika.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
32 yaşlı futbolçu bir il başqa zədə ilə kənarda qaldıqdan sonra ikinci matçında zədə alıb.
Neymar 2023-cü ilin yayında 90 milyon avroya Fransanın "Paris Saint-Germain" klubundan "Əl-Hilala" keçib. O, yeni komandasında 5 oyun keçirib və bir qol vurmağı bacarıb. 18 oktyabr 2023 -cü ildə Neymar Braziliya millisinin Uruqvayla matçında zədələnib - çarpaz bağları və menisküsü yırtılıb. Onun sağalması üçün təxminən on ay vaxt lazım olacağı təxmin edilirdi.
Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. "Barselona"nın üzvü kimi o, iki dəfə (2014/15, 2015/16) İspaniya çempionu olub və üç dəfə İspaniya kubokunun qalibi olub. 2014/15 mövsümündə kataloniyalılar Çempionlar Liqasının qalibi olub.
2010-cu ildən Neymar beynəlxalq arenada Braziliya millisində çıxış edir. 2016-cı ildə olimpiya çempionu olub.
Məlum olub ki, Neymar karyerasını davam etdirmək variantları arasında məzunu olduğu kluba - hazırda Braziliya ikinci divizionunu təmsil edən "Santos"a üstünlük verir. Bu klub ötən mövsümün sonunda elitadan düşüb.
Hüseyn İbadlı
-
Magazin121:48"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
İdman20:48"Yuventus" onu transfer etmək istəyir
-
Sosial20:24Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi - FOTO
-
Sosial19:12Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı
-
Avropa19:00Yeri qazıb unikal qarışqa yuvasını oğurladılar
-
Nəqliyyat18:48İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Magazin218:24Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO
-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam















.jpg)















.jpg)


