Səhiyyə
Bakıda burun əməliyyatı FACİƏYƏ ÇEVRİLDİ - Qızın alınında ÇAT AŞKARLANIB (YENİLƏNDİ)
30 yaşlı qadın burun çəpərinin aradan qaldırılması üçün əməliyyat etdirib. Lakin çirk beyninə yayılıb. Zərərçəkən Nəzrin Mansurovanın ailəsinin iddiasına görə, bu, əməliyyatdan sonra baş verib.
"Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib", - zərərçəkənin atası Aydın Abışzadə Baku TV-yə açıqlamasında deyib.
Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb:
"Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz".
Ətraflı süjetdə:
xxx
23:00
"Bu səhər bir çox insan məni taq edərək burun əməliyyatından sonra "Bona Dea" xəstəxanasına aparılan və orda komada yatan gənc qız (N.M) haqqında məlumat verməyimi istədi. Əslində, bir neçə gün əvvəl bu hadisədən xəbərdar olmuş və ailə ilə əlaqə qurmağa çalışmışdım. Lakin ailə məlumatın yayılmasını istəmədiyi üçün məsələni ictimailəşdirməmişdim".
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb
"Bu gün fərqli məlumatlarla qarşılaşdım. Hadisənin səbəbi həkim səhvidir, yoxsa, sonradan infeksiya yaranıb? Bu suallar hələ də cavabsızdır. Məsələ ilə bağlı "Mərcan Klinikasına" müraciət etdim və bildirildi ki, xəstə N.M əməliyyatdan sonra normal vəziyyətdə evə buraxılıb. 3 yanvarda əməliyyat olunub, 4 yanvarda evə buraxılıb. Lakin bir gün sonra baş verən hadisələr hələ tam aydın deyil. Ailənin xəstəxanaya verdiyi məlumata görə, xəstə evdə olduğu müddətdə müxtəlif sistemlər qoşulub və təcili tibbi yardım çağırılıb. Bu zaman sual yaranır: təcili tibbi yardım həkimləri xəstəyə nə köçürüblər və vəziyyətin ciddiliyini dərk ediblərmi? Əgər meningit infeksiyası mövcuddursa, niyə bunu müəyyən edə bilməyiblər və xəstəni xəstəxanaya aparmayıblar? Ailəsindən aldığım məlumata əməliyyatdan öncə xəstədən ən son analiz 35 gün əvvəl götürülüb. 4 yanvarda xəstə evdə narahat hiss edib, gecə iki dəfə qaytarıb. Həkimlə məsləhətləşərək ona antibiotik veriblər. Səhərə yaxın xəstə qeyri adekvat davranıb. Sonra huşssuz olub. 5 yanvarda xəstənin vəziyyətinin daha da ağırlaşdığını görən ailəsi (ailə savadlı və vəziyyətin tam fərqində olub – belə ailələrlə qürur duymaq lazımdır) onu "Bona Dea" xəstəxanasına çatdırıb. Xəstəxananın qəbul şöbəsində gənc qızın vəziyyəti qəfil ağırlaşıb və ona “toksik şok” diaqnozu qoyulub. Bu gün isə xəstənin alın payında çat olduğu barədə ailəyə məlumat verilib. Əməliyyatı həyata keçirən cərrah Sənan Mehdiyev mətbuata verdiyi açıqlamada kompüter tomoqrafiyasının nəticələrinə əsasən beyinə nüfuz edən heç bir sınığın olmadığını bildirib. Deyib ki, burun əməliyyatlarında bu görünən haldır. O qeyd edib ki, xəstənin ayaq üstə hərəkət etməsi də bunun sübutudur. Bəs iki gündən sonra xəstəyə nə baş verib? Bu məsələni istintaq və tibbi komissiya araşdırmalıdır. Həkim Sənan Mehdiyev əməliyyatı hansı şəraitdə həyata keçirib? Əməliyyat zamanı səhvə yol verilibmi? Əməliyyatdan sonra öz ayağı ilə evə gedən xəstənin vəziyyəti niyə bu bu qədər kəskinləşib? Evdə qoşulan sistemlər ona zərər verə bilərdimi? Təcili tibbi yardım xidməti xəstəyə hansı dərmanları vurub və niyə hospitala aparmayıb? Meningit infeksiyası necə yaranıb və necə sürətli inkişaf edib. Təcili yardım həkimi niyə bunun fərqində olmayıb? Hazırda əsas suallar bunlardır və hadisənin bütün tərəflərinin obyektiv şəkildə araşdırılması vacibdir. Allah gənc qızımıza şəfa versin. Hamılıqla dua edək", - Q.Ataşova qeyd edib.
Bu gönderiyi Instagram'da gör
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir
Hadisə00:15Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
MDB5 Dekabr 19:50Peskovun qızı iddialı libasda - FOTOLARI gündəm oldu
Səhiyyə5 Dekabr 19:00Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
Hadisə5 Dekabr 18:40Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin son durumu açıqlandı






















.jpg)





.jpg)












.jpg)

.jpg)
