Bizi axmaq hesab edirsən? – Fransa Mbappenin üzərinə gedir
Bizi izləyin

İdman

Bizi axmaq hesab edirsən? – Fransa Mbappenin üzərinə gedir

Məşhur fransız jurnalisti Daniel Riolo milli komandanın kapitanı Kilian Mbappeni oktyabrda Millətlər Liqasının oyunlarında iştirakdan imtina etdiyinə görə sərt tənqid edib.

Publika.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkədə yazıb.

“Lill”lə oyunun bir hissəsini oynayıram, amma Fransa millisinə getməyəcəyəm, sonra isə “Vilyarreal”la görüş üçün start heyətində olacam. Bizi axmaq hesab edirsən? Sadəcə səmimi deməli idin.

Etiraf etmək lazımdır ki, Mbappenin beynində çoxdan aydın olan bir şey var: o, istədiyini edir; başqalarının nə deyəcəyinə əhəmiyyət vermir; onun üçün vacib olanı edir. O, karyerasını istədiyi kimi idarə edir. Biz bunu bilirdik və o, hər dəfə meydançaya çıxanda bunu edir”, – Riolo bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm