Dünya çempionu öldürüldü: Boynundakı qızıl zənciri...
Bizi izləyin

İdman

Dünya çempionu öldürüldü: Boynundakı qızıl zənciri...

Velosiped idmanı üzrə gənclər arasında keçmiş dünya çempionu Marlon Peres Aranqo oğrular tərəfindən öldürülüb.

Publika.az xəbər verir ki, idmançı El Karmen de Viboral şəhərində evinin yaxınlığında itini gəzdirərkən öldürülüb.

Sabiq velosipedçi boynundan qızıl zənciri qoparmaq istəyən cinayətkarın hücumuna məruz qalıb. Marlon özünü müdafiə etməyə çalışsa da, cinayətkar onun müqaviməti ilə qarşılaşdıqda o, iti aləti çıxararaq Peresin boynuna bıçaq zərbəsi endirib. Hadisə şahidləri dərhal polisə və təcili yardım xidmətinə məlumat veriblər.

Kolumbiyalı xəstəxanaya aparılsa da, xəsarətləri çox ciddi olub və qanaxmadan dünyasını dəyişib .

Marlon Peres tarixin ən yaxşı kolumbiyalı velosipedçilərindən biri idi. 1994-cü ildə gənclər arasında dünya çempionatının qalibi olub. O, həmçinin Pan Amerika Oyunlarının qızıl medalçısı idi. Peres nüfuzlu “Giro d'Italia” turnirində və Olimpiya Oyunlarında (1996, 2000 və 2004) iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm