"Yunayted"in futbolçusunun ürəyində problem aşkarlandı
Bizi izləyin

İdman

"Yunayted"in futbolçusunun ürəyində problem aşkarlandı

"Mançester Yunayted"in futbolçusu Nossair Mazrauinin səhhətində problem aşkarlanıb.

Publika.az xəbər verir ki, 26 yaşlı futbolçunun ürəyi ilə bağlı ciddi narahatlıq var. İnsayder Nikolo Şkiranın sözlərinə görə, mərakeşliyə ürək aritmiya diaqnozu qoyulub.

“Qırmızı şeytanlar” onunla bağlı risk eləmək istəmir. Mazrauiyə uzun müddət fasilə veriləcək. Onu ən azı 2 ay meydanda görməyəcəyik.

Qeyd edək ki, yayda "Bayern"dən 15 milyon avroya transfer edilən Mazraui “Mançester Yunayted”in heyətində 10 rəsmi oyun keçirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm