İdman
Santuş millidən ad gününə HƏDİYYƏ GÖZLƏYİR
İnanıram ki, sabahkı matçda futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq.
Publika.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniya yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sabahkı qarşılaşmada qələbə qazanmaq istədiklərini bildirib:
“Bu gün mənim doğum günümdür. Ad günümü təbrik edən hər kəsə öz təşəkkürümü bildirirəm. İnanıram ki, sabahkı matçda futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq. Uzun illərdir ki, futbolun içərisindəyəm və baş məşqçi kimi fəaliyyət göstərirəm. Mənə işləməyimdə motivasiya verən səbəblər çoxdur. Azərbaycan millisində futbola marağın böyük olduğunu gördüm və bu səbəbdən burada işləmək mənə xoşdur”.
Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.
-
Hadisə04:44
Xaçmazdan ACI XƏBƏR: ölənlərin sayı artdı - YENİLƏNDİ
-
Sosial03:13
Dönərlə bağlı yeni qaydalar təsdiqləndi: qiymətlər qalxacaq? - VİDEO
-
Sosial02:42
Vətən müharibəsi iştirakçısı vəfat etdi
-
Magazin100:30
Röya Ayxan səhnə tərzi ilə göz qamaşdırdı - VİDEO
-
İdman00:15
İspaniya klubunun qapıçısı Azərbaycana GƏTİRİLİR
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Ciddi səhvlərə yol verə bilərsiniz
-
Sosial5 Noyabr 23:48
Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
-
Region5 Noyabr 23:12
Bu dəfə göydən TOYUQ "YAĞDI" - ANBAAN VİDEO