İkardi Vanda Naranın ona xəyanət etməsi ilə bağlı iddialara cavab verdi: Xoşum gəlir - FOTO
Bizi izləyin

İdman

İkardi Vanda Naranın ona xəyanət etməsi ilə bağlı iddialara cavab verdi: Xoşum gəlir - FOTO

"Qalatasaray"ın hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Naranın "Latsio", "İnter" və "Spartak"ın sabiq futbolçusu Keyta Balde ilə xəyanət etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Publika.az xəbər veir ki, İkardi sosial şəbəkədə Vanda ilə fotosunu yayımlayaraq, "İnsanların çox şey söyləməklə nə qədər az bildiklərini göstərməsi xoşuma gəlir", - deyə yazıb.

2023-cü ilin yanvarında Baldenin BƏƏ-də "Spartak"ın təlim-məşq toplanışına gələn argentinalı hücumçu Mauro İkardinin həyat yoldaşı Vanda ilə görüşdüyü barədə məlumatlar ortaya çıxıb.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Nara İkardidən ayrıldığını elan edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm