Kloppun “Red Bull”dakı maaşı bəlli oldu
Bizi izləyin

İdman

Kloppun “Red Bull”dakı maaşı bəlli oldu

“Red Bull”da futbol şöbəsinə rəhbər təyin olunan “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp ildə 10-12 milyon avro qazanacaq.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında məlumat yayıb.

57 yaşlı alman mütəxəssisin şirkətlə müqaviləsi uzunmüddətlidir. Kloppun məşqçilik karyerasını bərpa edəcəyi təqdirdə sözləşməni ləğv etmək imkanı var.

Klopp 2025-ci ilin əvvəlində vəzifəsinin icrasına başlayacaq. O, “Leypsiq”, “Zalsburq”, “Nyu-York Red Bull”s, eləcə də Braziliya və Yaponiyada iki komandanın strateji inkişafına cavabdeh olacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm