Ulduz futbolçunun atası cərimələndi: Akademiyada uşaqları...
Bizi izləyin

İdman

Ulduz futbolçunun atası cərimələndi: Akademiyada uşaqları...

"Tottenhem"in hücumçusu Son Hın-Minin atası Son Vun Jun Cənubi Koreyadakı akademiyasında baş vermiş insidentdən sonra uşaqların müdafiəsi qanunlarını pozduğuna görə cərimələnib.

Publika.az xəbər verir ki, gənc futbolçunun valideynləri iddia edirdilər ki, akademiyanın məşqçilərindən biri oğlunu künc bayrağı ilə vurub və onu təhqir edib.

AP-nin məlumatına görə, London klubunun ulduzunun atasını Çunçon rayon məhkəməsi 2200 dollar cərimələyib. Akademiyada çalışan iki məşqçi də eyni məbləğdə cərimələnib.

Akademiyanın direktoru olan oğlunun atası əvvəlcə səhvini inkar edib. Lakin sonda üzr istəyib və onun məşq üsullarını nəzərdən keçirəcəyini vəd edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm