"Mançester Yunayted"in soyunub-geyinmə otağına səs yazanı kim quraşdırıb?
Bizi izləyin

İdman

"Mançester Yunayted"in soyunub-geyinmə otağına səs yazanı kim quraşdırıb?

İngiltərə Premyer Liqasının 7-ci turunun “Aston Villa” ilə səfər oyunundan 2 gün əvvəl “Mançester Yunayted”in soyunub-geyinmə otağına “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqla komanda arasında söhbəti lentə alan cihaz quraşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Stadiona icazəsiz daxil olan şəxs qonaqların paltardəyişmə otağına daxil olub və orada səsyazma qurğusunu gizlədib. Cihazın zəng qəbul edildikdən sonra qeyd etməyə başlayan Çin istehsalı mobil telefonu olduğu güman edilir.

Onun daha sonra telefonu götürmək üçün stadiona qayıtdığı bildirilir. Səs yazısında məşqçinin futbolçulara verdiyi göstərişlər eşidilir.

Mənbə iddia edir ki, səsyazma qurğusu “Mançester Yunayted” azarkeşləri tərəfindən soyunub-geyinmə otağına qoyulub.

Qeyd edək ki, kktyabrın 6-da “Villa Park” stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm