TFF prezidentindən sərt açıqlama: 600 il dünyanı idarə etdik, indi yad adamlara...
Bizi izləyin

İdman

TFF prezidentindən sərt açıqlama: 600 il dünyanı idarə etdik, indi yad adamlara...

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu Superliqada əcnəbi VAR hakimlərinin işə götürülməsi ideyasını tənqid edib.

Publika.az xəbər verir ki, funksioner bu sözləri deyib:

“Biz 600 il dünyaya hökm edən bir xalqın övladlarıyıq. Həqiqətənmi indi özümüzkülərə yox, yadlara etibar edəcəyik?

Biz UEFA prezidenti Aleksandar Çeferinə müraciət etmişik. Avropanın ən yaxşı hakim-məşqçisini göndərdi. O, yenicə Federasiyada işləməyə başlayıb. Qara dərhal ağ olmur. Bizim gənc, parlaq hakimlərimiz var. Onları daha da inkişaf etdirəcəyik.

Çatışmazlıqlar zamanla aradan qaldırılacaq. Təbii ki, futbolun keyfiyyətinin yüksəldilməsi üçün hakimlərin meydanda işləməsi də çox vacibdir. Bizə vaxt lazımdır. Zamanla bütün bunları klublarımızla birlikdə düzəldəcəyik”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm