İdman
Məhkəmədə uduzan FİFA bəyanat yaydı
Beynəlxalq Futbol Federasiyası ( FİFA ) “Lokomotiv”in sabiq yarımmüdafiəçisi Lassane Diarra ilə bağlı məhkəməni uduzduqdan sonra açıqlama yayıb.
Publika.az xəbər verir ki, FIFA-nın mətbuat xidmətinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir:
“FIFA Oyunçuların Statusu və Köçürülməsi Qaydalarının (RSTP) 17-ci maddəsinə uyğunlaşmaq üçün əsas maraqlı tərəfləri cəlb etməklə transfer sistemi üzrə qlobal dialoqa başlayacaq. Bu bəyanat Avropa İttifaqının Ədalət Məhkəməsinin Diarra işi ilə bağlı qərarından sonra verilib və FİFA-nın transfer sistemini daha da təkmilləşdirməklə bağlı strateji hədəfinə uyğundur”.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Avropa İttifaqının Ədalət Məhkəməsi Moskvanın “Lokomotiv” klubunun sabiq yarımmüdafiəçisi Lassane Diarranın işi üzrə bu beynəlxalq təşkilatın bir sıra transfer qaydalarının Avropa İttifaqının qanunlarına zidd olduğunu tanıyaraq FİFA-ya qarşı qərar çıxarıb.
Diarra 2014-cü ildə “dəmiryolçular”la müqaviləni birtərəfli qaydada pozmuşdu. Nəticədə, yarımmüdafiəçiyə 10,5 milyon avro cərimə kəsilib. Bundan əlavə, 2015-ci ildə Diarra “Şarlerua” ilə müqavilə bağlaya bilməyib, çünki FİFA-nın transfer qaydaları daha əvvəl müqaviləsini pozan futbolçunun transferinə görə sanksiya tətbiq edib.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto