Şahmatçının fırıldağı üzə çıxdı: Yarışdan qovuldu
Bizi izləyin

İdman

Şahmatçının fırıldağı üzə çıxdı: Yarışdan qovuldu

Keçmiş ukraynalı şahmatçı, hazırda Rumıniya yığmasında çıxış edən Kirill Şevçenko kobud oyunda şübhəli bilinərək İspaniya klub çempionatından kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, o, 2 tur zamanı tualetdə mobil telefondan istifadə edib. Bəzi iştirakçılar və hakimlər saxtakarlıqdan şübhələniblər. İkinci oyun zamanı Şevçenko ancaq cihazın yerləşdiyi kabinəyə gedib. Bundan sonra idmançının əməli üzə çıxıb.

Hakimlər Kirill Şevçenkoya 2 texniki məğlubiyyət verib və onu turnirdən kənarlaşdırıblar.

Bu onunla ilk belə hal deyil. Bəzi qrossmeysterlər Kirill Şevçenkonu onlayn şahmat turnirləri zamanı blits oyununda saxtakarlıqda ittiham edirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm