İdman
Futbolçu transferi ilə bağlı qaydalar dəyişəcək
Beynəlxalq Futbol Federasiyası (FIFA) Moskvanın “Lokomotiv” klubunun keçmiş yarımmüdafiəçisi Lassane Diarın işi ilə bağlı Avropa İttifaqı Məhkəməsinin qərarından sonra idmançıların transferi qaydalarında dəyişikliklərlə bağlı dialoqa başlamağa hazırdır.
Publika.az xəbər verir ki, bunu FİFA nümayəndəsi Emilio Qarsiya Silvero bildirib. Yaxın günlərdə FİFA RSTP-nin 17-ci maddəsini (“Müqavilənin əsaslı səbəb olmadan ləğv edilməsinin nəticələri”) müzakirə etmək üçün maraqlı tərəflərin nümayəndələri ilə rəsmi görüş təyin edəcək.
FİFA bütün aidiyyəti və təsirə məruz qalan tərəflərin rəy və təkliflərini nəzərə alaraq, öz normativ-hüquqi bazasının daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyir. FİFA Diarra işi ilə bağlı qərarı 2016-cı ildən qurumun prezidentinin bəyan etdiyi məqsədlərindən biri olan tənzimləyici bazanın modernləşdirilməsini davam etdirmək imkanı kimi qiymətləndirir.
2014-cü ildə Diarra Moskvanın “Lokomotiv” klubu ilə müqaviləsini birtərəfli qaydada ləğv edib və buna görə İdman Arbitraj Məhkəməsi (CAS) futbolçunu 10,5 milyon avro cərimə ödəməyə məcbur edib. 2015-ci ildə yarımmüdafiəçi FİFA-nın əvvəlki müqaviləsinə xitam verməsi ilə bağlı qadağası səbəbindən “Şarlerua” ilə sözləşmə imzala bilməyib.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto