İdman
Əfsanələrin unudulmaz sitatları: Mənə qalib gəlmək üçün məni üç dəfə məğlub etməlisiniz
Görəsən şahmat üzrə dünya çempionları və məşhur qrossmeysterlər özləri haqda nə düşünürlər?! Tərtib etdiyimiz bu yazıda onların fikirlərini sistemləşdirdik:
Şahmat üzrə ilk dünya çempionu Vilhelm Steynits:
“Qoca bir aslan ola bilərəm, ancaq əgər biri əlini ağzıma soxarsa, onu hələ də dişləyə bilərəm”.
Üçüncü dünya çempionu Xose Raul Kapablanka:
“Mən sadəcə bir gediş irəlini görə bilirəm, lakin bu gediş hər zaman doğru olandır”.
Dördüncü dünya çempionu Aleksandr Alyoxin:
“Mən Alyoxinəm. Dünya çempionu. Pasporta ehtiyacım yoxdur”.
“Mənə qalib gəlmək üçün məni üç dəfə məğlub etməlisiniz: açılışda, oyunun ortasında və sonunda”.
“Mən prinsip olaraq gündə səkkiz saat şahmatla məşğul oluram”.
Beşinci dünya çempionu Maks Eyve:
“Alyoxin məndən beş və ya altı dəfə artıq görə bilər, lakin mənim bir planım var və bu plan bəzən qələbə qazanmağıma imkan verir”.
Səkkizinci dünya çempionu Mixail Tal:
“Şahmat qəhrəmanım? Zirvəyə qədər qalxıb insan qala bilən”.
“Təşəbbüsü ələ keçirməyi və rəqibi heç rahat buraxmamağı sevirəm”.
Onuncu dünya çempionu Boris Spasski:
“Formada olduğum zaman stilim bir az inadçı, az qala mərhəmətsizdir. Bəzən məni yönləndirən böyük bir davakar gücü hiss edirəm”.
“O zamanlar mənim ölkəmdə şahmat çempionu olmaq kral olmaq kimi idi. Həmin vaxtlar mən kral idim və kral olduğunuz zaman ciddi məsuliyyət hiss edirsiniz, lakin sizə kömək edəcək heç kim olmur”.
On birinci dünya çempionu Bobbi Fişer:
“Məğlub edə bilməyəcəyim heç kim yoxdur”.
“Mənə məğlub olmaqdan bəhs etməyin, bunu düşünməyə belə dayana bilmirəm”.
“Sərt oyunçular və yaxşı insanlar var, mən sərt oyunçuyam”.
“Özümü yaxşı hazırlayıram. İçəri girmədən nə edəcəyimi bilirəm. Hər zaman özümə güvənirəm”.
On ikinci dünya çempionu Anatoli Karpov:
“Stil? Mənim stilim yoxdur”.
“Heç bir rəqibdən qorxmaram, sadəcə özümdən qorxaram. Formada olduğum zaman heç kimdən qorxmaram. Amma formada olmadığım zaman hər kəsə məğlub ola bilərəm”.
Dünya çempionu Vladimir Kramnik:
“Mən səhərə yaxın dörddə yatıram. Demək olar ki, bütün şahmat oyunçuları eynidir”.
“Bir çox gənc oyunçu var. Ponomaryov, Qrişuk, Rəcəbov və Volokitin. Bunu görmək mənim üçün çox gözəldir. Yaşlı rəqiblərimdən xoşum gəlmədiyi üçün deyil, gənclər sizi məğlub etmək üçün həvəslidir və bu, əlavə rəqabət yaradır. Gələcəkdə, əlbəttə daha çox ad olacaq. Mən zirvədə qalacağıma əminəm. Onlara öyrədə biləcəyim çox şey var”.
Dünyanın ən güclü qadın şahmatçılarından Yudit Polqar:
“Konsentrasiyanızı toplayıb özünüzə nəzarət etməlisiniz. Mübariz bir ruha ehtiyacınız var. Valideynlərim, bacılarım mənə kömək etdi, lakin məndə mübariz bir ruh vardı”.
“Kompüterlərə marağım vardı. Əgər professional bir şahmat oyunçusu olmasaydım, hər halda bir kompüter proqramçısı olardım”.
Tanınmış polşalı şahmatçı Akiba Rubinsteyn:
“İl ərzində altmış gün turnirlərdə oynayıram, beş gün istirahət edirəm, üç yüz gün oyunum üzərində çalışıram”.
Danimarkalı şahmatçı Bent Larsen:
“Əgər şahmat taxtasında baş verəcəklərdən qorxsaydım, şahmat oynamaq əvəzinə başqa bir şey edərdim”.
Avstriya şahmatçısı Rudolf Şpelman:
“Mən də kombinasiyaları Alyoxin qədər yaxşı görə bilərəm, lakin eyni vəziyyətlərə girə bilmərəm”.
Yunis XƏLİLOV
-
ABŞ06:16
Harris səsvermə günü "telefon saxtakarlığı" edərkən TUTULDU - VİDEO
-
Magazin205:45
Bu ilin parlaq ulduzları: siyahıda kimlər var? - FOTO
-
Hadisə04:44
Xaçmazdan ACI XƏBƏR: ölənlərin sayı artdı - YENİLƏNDİ
-
Sosial03:13
Dönərlə bağlı yeni qaydalar təsdiqləndi: qiymətlər qalxacaq? - VİDEO
-
Sosial02:42
Vətən müharibəsi iştirakçısı vəfat etdi
-
Magazin100:30
Röya Ayxan səhnə tərzi ilə göz qamaşdırdı - VİDEO
-
İdman00:15
İspaniya klubunun qapıçısı Azərbaycana GƏTİRİLİR
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Ciddi səhvlərə yol verə bilərsiniz