Növbə Messinindir? - Ronaldonun qazandığı mükafata namizədlər açıqlandı
Bizi izləyin

İdman

Növbə Messinindir? - Ronaldonun qazandığı mükafata namizədlər açıqlandı

"İnter Mayami"nin futbolçusu Lionel Messi qazandığı fərdi mükafatların siyahısına daha birini əlavə edə bilər.

Publika.az xəbər verir ki, o, “Qızıl Ayaq” mükafatına namizədlər siyahısındadır.

Titul 28 yaşdan yuxarı yüksək səviyyədə çıxış edən futbolçulara verilir. Futbolçular karyerası ərzində yalnız bir dəfə bu mükafatı əldə edə bilərlər.

Messinin əzəli rəqibi Kriştiano Ronaldonun kolleksiyasında artıq bu mükafat var. O, bunu 2020-ci ildə "Yuventus"da qazanıb.

Namizədlərin siyahısı aşağıdakı kimidir:

Harri Keyn (Bayern), Kevin De Bruyne (Mançester Siti), Neymar (Əl-Hilal), Vircil van Dayk (Liverpul), Lionel Messi (İnter Mayami), Tomas Müller (Bayern), Kərim Benzema (Əl-İttihad), Lautaro Martinez (İnter), Antuan Qrizmann (Atletiko), Marko Verratti (Əl-Ərəbi).

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm