Təcavüzkar futbolçu məhkəmədə görün nəyi etiraf etdi
Bizi izləyin

İdman

Təcavüzkar futbolçu məhkəmədə görün nəyi etiraf etdi

"Monako"nun keçmiş hücumçusu Vissam Ben Yedder cinsi təcavüzə görə məhkəmədə alkoqol asılılığını etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport.es” internet nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, ittiham tərəfi Vissama iki il yarım həbs cəzası istəyib. Sentyabrın 6-da həbs edilən "Monako"nun və "Sevilya"nın keçmiş forvardı spirtli içki qəbul etdiyi üçün heç nə xatırlamadığını deyib.

34 yaşlı futbolçunun sözlərinə görə, o, spirtli içkilərdən əziyyət çəkir. Ben Yedder də qurbandan və "hər iki ailədən" üzr istəyib.

Onun ötən ilin sentyabrında qızla bir məclisdə tanış olduğu və sonra ona avtomobilində təcavüz etdiyi iddia edilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm