Tuxelin İngiltərə millisindəki maaşı açıqlandı: 18 aya bu qədər qazanacaq
Bizi izləyin

İdman

Tuxelin İngiltərə millisindəki maaşı açıqlandı: 18 aya bu qədər qazanacaq

İngiltərə millisinin yeni baş məşqçisi Tomas Tuxelin maaşı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Tuxelin məvacibi ildə təxminən 5 milyon funt sterlinq olacaq. Müqavilə ilkin olaraq, 18 ay davam edəcək. Alman mütəxəssisin yanvarın 1-də rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Komandanın noyabrda Millətlər Liqasında keçiriləcək iki oyuna müvəqqəti məşqçi Li Karsli çıxaracaq.

Qeyd edək ki, AVRO-2024-ün finalında İspaniyaya məğlub olduqdan sonra istefa verən Qaret Sautqeyt bonuslarla birlikdə ildə 2,5 milyon funt sterlinq qazanıb.

Tuxelin son iş yeri 2023/24 mövsümünün sonunda tərk etdiyi "Bayern" olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm