Haaland "Barselona"nın qarşısına şərt qoydu: Nədən qorxur?
Bizi izləyin

İdman

Haaland "Barselona"nın qarşısına şərt qoydu: Nədən qorxur?

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland "Barselona"ya keçməyə hazırdır.

Publika.az xəbər verir ki, norveçli forvard gələcəyin qeyri-müəyyənliyinə görə İngiltərə klubunda qalmaq istəmir. "Siti" 115 qayda pozuntusunda ittiham olunur və bu işin necə bitəcəyi bəlli deyil.

İspan mənbələr bildirirlər ki, Haaland "Barsa" rəhbərliyindən Robert Levandovskini satmağı xahiş edib. Erlinq Levaya hörmət edir və onu son 10 ilin ən yaxşı hücumçularından biri hesab edir. Lakin futbol meydançasında onunla start heyəti uğrunda yarışmaq niyyətində deyil.

"Barselona"nın prezidenti Xuan Laporta başa düşür ki, transferin reallaşması üçün Haalandın şərti ilə razılaşmalı olacaq. Çünki özü futbolçunu 2025-ci il üçün əsas transfer hədəfi elan edib.

Levandovski Kataloniya klubunda 106 matçda 71 qol vurub. Bu statistikaya sahib olan polşalının satılmasının azarkeşlərin qəzəbinə səbəb ola biləcəyi ehtimal edilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm