Yamaldan daha bir tarixi rekord: Ən bahalı futbolçu oldu
Bizi izləyin

İdman

Yamaldan daha bir tarixi rekord: Ən bahalı futbolçu oldu

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal daha bir rekorda imza atıb.

Publika.az xəbər verir ki, “Transfermarkt” portalı ispaniyalını futbol tarixinin 18 yaşadək ən bahalı oyunçusu kimi təqdim edib. 17 yaşlı vingerin dəyəri 150 milyon avro olaraq qiymətləndirilir.

Əvvəlki rekordçu 18 yaşında 90 milyon avro dəyərində olan PSJ-nin sabiq, "Real"ın indiki hücumçusu Kilian Mbappe idi.

Qeyd edək ki, bu mövsüm Yamal 11 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. O, yayda İspaniya millisi ilə Avropa çempionu olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm