Kabus kimi gecədən danışdı: "Real"ın qolları udmaq üçün acı həbdir
Bizi izləyin

İdman

Kabus kimi gecədən danışdı: "Real"ın qolları udmaq üçün acı həbdir

Çempionlar Liqasında 3-cü turda "Real" 0:2-dən geri dönüş edərək Dortmund "Borussiya"sını 5:2 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, "Borussiya Dortmund"un baş məşqçisi Nuri Şahin matç haqda danışıb:

“İlk hissədə çox yaxşı oynadıq, topla əla həllər tapdıq və iki gözəl qol vurduq. Özümüzə söz vermişdik ki, təkbətəkdə daha sürətli olacağıq, amma bacarmadıq. Rəqiblər isə belə qısa müddətdə 2 qol vuranda öhdəsindən gəlmək çətin idi. Qalan qollar udmaq üçün sadəcə acı həbdir.

İlk hissədə sadəcə hücum edib qol vurmadıq. Topa sahib olmaqda və ondan istifadə etməkdə rahat idik. Ancaq Vinisiusun bizə etdiklərini çox az oyunçu edə bilər. Öyrənməli olduğumuz vacib dərslərimiz var və ümumilikdə çox zəif müdafiə olunduq”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm