Boksçularımız yunanıstanlı və rusiyalı rəqiblərini məğlub etdilər
Bizi izləyin

İdman

Boksçularımız yunanıstanlı və rusiyalı rəqiblərini məğlub etdilər

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Publika.az xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb və hər ikisi qələbə qazanıb.

Zidan Hümbətov (51 kq) ilk görüşündə Alexandros Mavrommatislə (Yunanıstan) qarşılaşıb. O, görüşün taleyini ikinci raundda həll edərək tam üstünlüklə qalib gəlib. Hümbətov 1/8 finalda Mateuş Şoçarjla döyüşəcək.

Əli Abdullayev (63,5 kq) isə ikinci qarşılaşmasını aktivinə yazıb. O, 1/16 finalda Malik Suqaypovu (Rusiya) məğlub edib – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27). Boksçumuz növbəti görüşündə Ruslan Qafurovla (Tacikistan) üz-üzə gələcək.

Mundiala noyabrın 3-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm