Komanda əldən gedir: onun isə yalnız bir iradı var
Bizi izləyin

İdman

Komanda əldən gedir: onun isə yalnız bir iradı var

"Mançester Yunayted" Premyer Liqanın 9-cu turunda "Vest Hem"ə məğlub olub.

Publika.az xəbər verir ki, 1:2 hesablı məğlubiyyətdən sonra "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq açıqlama verib.

“Çoxlu imkanlar yaratdıq, yaxşı futbol oynadıq, xüsusən də ilk hissədə. Komandamın topla və topsuz oyunu istədiyim kimi oldu.

Qol vurmalı olduğumuz halda 6-7 100%-li şansları saydım. Qol vurmamağımızdan başqa, komandaya heç bir tənqidim yoxdur”, – Ten Haq “Sky Sports”a bildirib.

Qeyd edək ki, 9 turdan sonra “Mançester Yunayted” turnir cədvəlinin on dördüncü pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm