Futbolçu daşqının qurbanı oldu
Bizi izləyin

İdman

Futbolçu daşqının qurbanı oldu

“Valensiya”nın futbol akademiyasının tələbəsi Xose Kastilyexo faciəvi şəkildə ölüb.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun İspaniyada son 2 gündür davam edən şiddətli daşqınlar nəticəsində dünyasını dəyişdiyi bildirilir.

Kastilyexonun 28 yaşı var idi. Onun son klubu 2020-ci ildə tərk etdiyi “Vilamarxant” olub.

Qeyd edək ki, “Dana” qasırğası 150-dən çox nəfərin həyatına son qoyub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm