İdman
"Qarabağ" Tovuz səfərində
Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında son çempion "Qarabağ"la qarşılaşacaq. Oyun saat 18:30-da başlayacaq.
Hazırda turnir cədvəlində "Qarabağ" 27 xalla liderdir. "Turan Tovuz" ehtiyatda 1 oyunu olan Ağdam təmsilçisindən 3 xal geri qalaraq, 2-cidir.
Günün 2-ci görüşündə isə 3-cü yerdəki "Araz-Naxçıvan" 8-ci pillədəki "Neftçi" ilə üz-üzə gələcək. Oyun saat 20:30-da başlayacaq.
Qeyd edək ki, 12-ci turun digər görüşləri 2 və 3 noyabr tarixlərində keçiriləcək. Şənbə günü “Şamaxı” – “Zirə”ni qəbul edəcək. Son oyun günündə isə “Səbail” “Kəpəz”in, “Sabah” isə “Sumqayıt”ın qonağı olacaq.
Azərbaycan Premyer Liqası, 12-ci tur
1 noyabr
18:30. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Tovuz şəhər stadionu
20:30. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
"Neftçi Arena"
2 noyabr
15:00. “Şamaxı” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Şamaxı şəhər stadionu
3 noyabr
16:00. “Kəpəz” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev
Tovuz şəhər stadionu.
19:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
Mehdi Hüseynzadə adına stadion.
Heybət
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO
-
Yaxın Şərq16 Dekabr 23:0035 ildən sonra Bağdadda İLK YAŞANDI






.webp)

.jpg)






.png)





















