"Mançester Siti" sensasiyalı şəkildə MƏĞLUB OLDU
Bizi izləyin

İdman

"Mançester Siti" sensasiyalı şəkildə MƏĞLUB OLDU

İngiltərə Premyer Liqasının matçında "Mançester Siti" "Bornmut"a uduzub.

Publika.az xəbər verir ki, ilk hissənin lap əvvəlində qolu “Bornmut”un futbolçusu Antuan Semenyo vurub. İkinci hissənin ortalarında Evanilson ikinci qolu vurub.

Coşko Qvardiol matçın bitməsinə səkkiz dəqiqə qalmış fərqi azaldaraq matçın yekun hesabını təyin edib - 1:2

“Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 23 xalla ikinci yerdədir. Çempionata 25 xalla "Liverpul" başçılıq edir. "Forest" 18 xalla üçüncü yerdədir.

"Bornmut" 15 xalla Premyer Liqada səkkizinci pillədə qərarlaşıb.

Premyer Liqanın növbəti oyununda “Mançester Siti” səfərdə “Brayton”la qarşılaşacaq. Görüş noyabrın 9-da baş tutacaq. Komandalar meydana Bakı vaxtı ilə saat 21:30-da çıxacaq.

"Bornmut" "Brentford"la qarşılaşacaq. Qarşılaşma noyabrın 9-da baş tutacaq. Hakimin start fiti Moskva vaxtı ilə saat 19:00-da səslənəcək.

“Mançester Siti” İngiltərənin hazırkı çempionudur. Ötən mövsüm Pep Qvardiolanın yetirmələri 91 xal toplayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm