İdman
Messi SEÇİM QARŞISINDA - Təqaüdə çıxandan sonra nə edəcək?
Argentina milli komandasının və Mayami "İnter"inin futbolçusu Lionel Messi karyerasını başa vurduqdan sonra məşqçi olmaq istəmədiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
“Mən məşqçi olmaq istəməzdim, amma gələcəkdə nə etmək istədiyimi hələ də bilmirəm. Mən ancaq oynamaq, məşq etmək və əylənmək haqqında düşünürəm”, - deyə Messi bildirib.
Messi 2023-cü ilin yayında MLS-də çıxış edən "İnter Mayami"yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.
2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub. O, millinin heyətində də 100-dən çox qol vurub. Məzunu olduğu Kataloniya "Barselona"sında argentinalı ulduz 2003-2021-ci illərdə çıxış edib. 2000-ci ildən "Blauqrana" gənclər komandasında çıxış edir.
Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının qalibi, 2022-ci ildə Argentina millisi ilə Dünya Kubokunun, iki dəfə Amerika Kubokunun, səkkiz dəfə "Qızıl top"un qalibi olub.
Hüseyn İbadlı
-
Magazin109:00Nadir Qafarzadədən 8 Mart qalmaqalı: Arvadına hədiyyə alıb göstərənlər...
-
ABŞ08:45Obama açıqlaması ilə yenə gündəm oldu: Bu dəfə görün nəyi etiraf etdi
-
Kriminal08:41Azərbaycanda meşə yanğınına səbəb olan hərbçiyə hökm oxundu - 614 min manat cərimələndi
-
Ekopublika.az08:30İranla bağlı yeni böhran siqnalı - Azərbaycana da təsir edəcək
-
ABŞ07:357 gündə 3 mindən çox hədəf vurulub...
-
ABŞ04:30Onlarda döyüşəcək heç kim və heç nə qalmayıb... - Tramp
-
Qoroskop01:40Günün ulduz falı: Yeni qazanc qapısı görünəcək
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
























.jpg)






