ABŞ
Bu məktəbə süpürgəçinin adı verildi - FOTO
ABŞ-da məktəbə süpürgəçinin adı verilib.
Publika.az xəbər verir ki, bu barədə "Good News Network" məlumat yayıb.
Missuri ştatında qərar verilib ki, məktəbin adı 30 ildən artıqdır ki, müəssisədə işləyən 64 yaşlı Kloidin Uilsonun şərəfinə adlandırılsın.
Bu adam təkcə təmizlik işləri ilə kifayətlənməyib, həm də bir çox başqa işlərdə, o cümlədən santexnik və məktəb avtobusunun sürücüsü olub.
Direktor Çak Boren qeyd edib ki, Uilson uşaqların tez-tez dəstək aldığı vacib fiqur olub.
“Problemləri olsa, onun yanına gedirlər”- direktor deyib.
Məktəb müdirinin köməkçisi Mark Sasfi Uilsonun necə rayon ikonasına çevrildiyini vurğulayıb və müəllim Ceykob Miller karyerasının əvvəlində onu necə dəstəklədiyini xatırlayıb.
Bu şərəfə laiq görülməsinə baxmayaraq, Kloidin Uilson özü təvazökarlıqla qeyd edib ki, o, uşaqlarla ünsiyyətini əsas mükafatı hesab edir.
Hüseyn İbadlı
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
-
Yaxın Şərq14:00Türkiyə aviaşirkəti yüzə yaxın dənizçinin cəsədini İrana gətirdi
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video
-
Maraq dünyası12:10Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto



































