500 min dollara sabitlik və əyləncə - Hamzaoğlu ilk müsahibəsini verdi
Bizi izləyin

İdman

500 min dollara sabitlik və əyləncə - Hamzaoğlu ilk müsahibəsini verdi

“Qalatasaray”da baş məşqçi postuna gətirilən Hamza Hamzaoğlunun müqaviləsindəki detallar bəlli olub.

Publika.az xəbər verir ki, klub Hamzaoğluna ödəyəcəyi məbləği açıqlayıb.

2014/15 mövsümü üçün “sarı-qırmızılar” Hamzaoğluna 500 min dollar, həmçinin Superliqa və Türkiyə kubokunu qazanacağı təqdirdə xüsusi mükafat ödəniləcək.

Belə ki, Hamzaoğlu komandası Superliqada çempion olarsa 150 min, Türkiyə kubokunu muzeyinə apararsa 100 min dollar mükafat alacaq.

Hamza Hamzaoğlu “Qalatasaray”ın baş məçqçisi kimi ilk müsahibəsində bir çox məsələlərə toxunub. Onun açıqlamalarını ixtisarla təqdim edirik:

"Liderlər xoşbəxt görünürlər"

“Qalatasaray” hazırda Superliqanın lideridir, amma oyunçular bu duruma baxmayaraq, çox bədbin görünürlər. Əsas məqsədimiz ilk olaraq məşqləri əyləncəli hala gətirmək, onların xoş vaxt keçirməsini təmin etməkdir. Xoş zaman keçirərkən birlikdə müsbət irəliləyişlərə nail olduqlarına inanmalıdılar.

Biz onları bir yerə toplayacağıq. Onların birlikdə nələr edəcəklərini görmələrini təmin edəcəyik. Bunu bacardığımızda oyuncularımız bizimlə çalışdıqları üçün xoşbəxt olacaqlar. Matçlarda izləyicilərimizə də eyni coşqunu yaşatmağı planlaşdırırıq”.

Taffarel qalır

"Heyətimiz tamamilə eynidir. Dəyişən bir şey yoxdur. İlk gündə Abdürrahim bəy (Abdurrahim Albayrak) də Taffarel mövzusunu gündəmə gətirmişdi. Taffarel kimi birinin bizə dəstək verməsi, bizimlə olması sevindiricidi. Məqsədimiz böyük və güclü bir ailə olmaqdır. Bunu da ən qısa müddətdə edəcəyik. Taffarel qapıçı məşqçisi olacaq. Başqa variant ola bilməz.

Metin bəylə də danışdıq. "Taffarelin yanında məmnuniyyətlə 2-ci adam olaram" dedi. Metin Merti də aşağı yaş komandasına qapıçı məşqçisi təyin etdik.

"Sabitlik çox əhəmiyyətlidir"

“Bir komandada sabitliyi təmin etmək çox vacibdir. Biz buna nail olsaq, bütün yoldaşlarımıza baxıb obyektiv qiymətləndirəcəyik. Meydanda döyüşən, qazanmaq üçün hər şeyini ortaya qoyan, hakimdən, rəqibdən əsla heç nə gözləməyən, səliqəli şəkildə oynayan bir komanda istəyirik. Həmçinin kubok matçlarında oynamayan yoldaşlarımızı qiymətləndirməyi düşünürük. Onlar da bu komandada oynamağa layiq olduqları üçün meydana çıxacaqlar. Hamının köməkliyi ilə uğur qazanmağa çalışacağıq”.

“Öncə əldəki heyət, sonra transfer”

"Yanvarda transferlərə ehtiyacımızın olub-olmamasına qarşıdakı oyunlarda baxacağıq. Beynimizdə bəzi fikirlər var. Mövcud olan heyətimizlə uğur qazanmağa çalışacağıq. Onlara kömək olmağa çalışacağıq. Transfer dövründə də ehtiyacımız olan oyunçunu alacağıq. Oyun sistemində də dəyişiklik mümkündü. Sistemlər heç vaxt dəyişməz qalmır. "Qalatasaray" iki hücumçuyla daha effektli oynayır”.

Kapitanlıq mövzusu

“Bütün oyunçularım mənim üçün eynidir. Təbii ki, kapitanın xüsusi məsuliyyəti var. Lazım gələrsə, Səlcukla olduğu kimi digər oyunçularımla da təkbətək söhbət edəcəm. Fərdi yox, birlikdə atacağımız addımlara köklənəcəyik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm