İdman
"Qarabağ" "Elfsborq"a uduzdu - YENİLƏNDİ
"Qarabağ" UEFA Avropa Liqasında İsveçin "Elfsborq" klubuna məğlub olub.
Publika.az xəbər verir ki, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.
"Buros Arena"da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.
xxx
01:15
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, "Buros Arena"da keçirilən matçda meydan sahibləri hesabıda irəli çıxıblar - 1:0.
57-ci dəqiqədə Ahmed Kasem fərqlənib.
xxx
00:00
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyunu start götürüb.
Publika.az xəbər verir ki, qarşılaşma Buros şəhərindəki "Buros Arena"da keçirilir.
Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.
xxx
23:12
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda baş tutacaq "Elfsborq" (İsveç) - "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, "Buros Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Elfsborq": İsak Pettersson, Buhari İbrahim, Sebastyan Holmen, Terri Yeqbe, Niklas Halt, Simon Hedund, Besfort Zeneli, Timoti Ouma, Ahmed Kasem, Maykl Baydu, Arber Zeneli.
"Qarabağ": Mateuş Koxalski, Elvin Cəfərquliyev, Mateus Silva, Bədavi Hüseynov, Marko Veşoviç, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Aleksey Kaşuk, Juninyo.
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






















.jpg)









