Federasiya prezidentini həbs etdilər
Bizi izləyin

İdman

Federasiya prezidentini həbs etdilər

Toqo Futbol Federasiyasının prezidenti Qabriel Ameyi həbs olunub.

Publika.az xəbər verir ki, prezident dekabrın 4-də Ekvatorial Qvineyada keçirilən Millətlər Kubokunun püşkatma mərasimindən qayıdarkən aeroportda həbs olunub.

Toqo Futbol Federasiyasındakı mənbənin verdiyi məlumata görə, Ameyinin həbsi futbol təsərrüfatındakı işi ilə bağlı deyil. Prezident şəxsi biznes fəaliyyətindəki işinə görə həbs olunub. Benindən olan biznesmen Ameyidən polisə şikayət edib. Məsələ ilə bağlı geniş məlumatlar hələ ki verilmir.

Ameyi FİFA-nın təşkilat komitəsinin üzvüdür. O, 2016-ci ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadanın futbol turnirinin hazırlıqlarında iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm