“İnter” ən maraqsız komanda oldu
Bizi izləyin

İdman

“İnter” ən maraqsız komanda oldu

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən qarşılaşmalara gələn azarkeş sayı bəlli olub.

Publika.az xəbər verir ki, turun ən çox azarkeş toplayan oyunu “Qarabağ” - “Neftçi” (0:0), ən az isə “İnter” - AZAL matçı (1:0) olub.

Tofiq Bəhramov adına Respublika stadionundakı oyunu 3000, “İnter Arena”dakı oyunu isə cəmi 200 azarkeş tribunalardan izləyib.

Digər qarşılaşmalardan “Sumqayıt” - “Simurq” oyununda (2:1) 1000, “Xəzər Lənkəran” - “Qəbələ” matçında (3:0) isə 500 azarkeş olub.

Turun bütün oyunlarını cəmi 4700 nəfər izləyib ki, bu da hər oyuna 1175 azarkeş deməkdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm