Dünyanın ən varlı adamları şokda: bir gündə sərvət itirdilər
Bizi izləyin

Ekopublika.az

Dünyanın ən varlı adamları şokda: bir gündə sərvət itirdilər

Dünyanın ən varlı adamları bir gündə 24 milyard dollara yaxın vəsait itiriblər.

Publika.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Buna səbəb bazarların texnologiya və lüks sektorlardakı indekslərin azalmasına reaksiya verməsi olub. Bu sahələrlə əlaqəli şirkətlərin səhmləri kəskin azalıb. Nəticədə dünyanın beş ən varlı adamına külli miqdarda ziyan dəyib.

Belə ki, LVMH şirkətlər qrupunun sahibi Bernard Arno 9,3 milyard,

“Nvidia”nın baş direktoru Censen Huan 6,3 milyard,

“Tesla” və “SpaceX” sahibi İlon Mask 3,8 milyard,

"Oracle" korporasiyasının rəhbəri Larri Ellison 2,3 milyard və

"L'Oréal"ın rəhbəri Fransuaza Betancour-Meyer 2,2 milyard dollar itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm