Ekologiya
Mikroblar qlobal istiləşmə ilə mübarizə aparır - Tədqiqat
Mikroblar hər il dünyada 250 milyon ton dəm qazını zərərsizləşdirir.
Publika.az xəbər verir ki, Monaş Universiteti ilə Melburn Universitetinin avstraliyalı alimləri mikrobların hər il atmosferə atılan 2 milyard tondan çox təhlükəli çirkləndirici olan karbonmonoksitə (CO) qarşı təsirli vasitə olduğunu müəyyən ediblər.
Belə ki, mikroblar il ərzində 250 milyon ton karbonmonoksiti zərərsizləşdirən mexanizmə sahibdirlər.
Tədqiqat "Nature Chemical Biology" elmi jurnalında dərc olunub.
Bildirilir ki, bu prosesdə əsas rolu mikroblara karbonmonoksitdən enerji çıxarmağa imkan verən CO dehidrogenaz fermenti oynayır.
“Bu mikroorqanizmlər görünməz ekosistem mühəndisləri kimi fəaliyyət göstərir. Onlar zərərli qazı hüceyrələri üçün faydalı bir mənbəyə çevirirlər", - deyə Monaş Biotibbi Kəşf İnstitutundan tədqiqatın həmmüəllifi Eşli Kropp bildirib.
Alimlər fermentin atmosferdən "CO" molekullarını tutaraq atom səviyyəsində işlədiyini aşkar ediblər. Bu mexanizm torpaqda və su hövzələrində trilyonlarla mikrob tərəfindən istifadə edilir və onları qlobal təbii “süzgəc”ə çevirir.
"CO"nun mikroblar tərəfindən udulması zəhərli qazın səviyyəsini azaltmaqla yanaşı, qlobal istiləşmə ilə də dolayı mübarizə aparır. Bundan əlavə, bu mikroorqanizmlər planetdəki oksigenin təxminən yarısını istehsal edir.
Alimlərin fikrincə, kəşf hətta gözəgörünməz orqanizmlərin də insanların sağ qalması üçün kritik rol oynadığını göstərir.
Ləman
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?























.jpg)












