İdman
“Olimpiakos”un baş məşqçisi: “Qarabağ”ın künc zərbələri...
“Qarabağ” yaxşı komandadır. Bu kollektivi zəif hesab etmirəm”.
Publika.az xəbər verir ki, bu sözləri "Olimpiakos"un baş məşqçisi Xose Luis Mendiribal Avropa Liqasının əsas mərhələsində Yunanıstanda "Qarabağ"la keçirəcəkləri VIII tur oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis qol vurmaq üçün bütün fürsətlərdən istifadə edəcəklərini bildirib: "Rəqibin künc zərbələri zamanı zəif olması ilə bağlı fikirlər var. Açığı, bu istiqamətdə işləmək üçün kifayət qədər vaxtımız olmayıb. Amma qalib gəlmək istəyirik. İlk səkkizlikdə yer almaq bizim əldə edəcəyimiz nəticədən asılı deyil. Qələbəmizi qazanıb, digər oyunların nəticələrini gözləməliyik".
Qeyd edək ki, yanvarın 31-də keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12 xalla 12-ci pillədə qərarlaşıb.
-
Kriminal17:02
MN-in sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - Araşdırma başladı
-
MDB16:56
Ukrayna torpaqlarına onun da gözü düşdü: “Uydurma dövlətdir”
-
Sosial16:26
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - Açıqlama
-
Region15:26
Kadırovun yoxa çıxması ilə bağlı suallara aydınlıq gətirildi: O, haradadır?
-
Hadisə15:02
Azərbaycanda tanınmış ekspert həbs edildi - FOTO
-
Rəsmi xronika14:23
İlham ƏIiyev Trampa başsağlığı verdi
-
Region13:36
Kütləvi şəkildə intihar edirlər: Deputat həbsxanalardakı dəhşətli durumdan yazdı
-
Nida Xəbər 12:24
Azərbaycana bu sözlərlə vida etdi - FOTO