Maskın Trampın yanında olması amerikalıları qıcıqlandırır - SORĞU
Bizi izləyin

ABŞ

Maskın Trampın yanında olması amerikalıları qıcıqlandırır - SORĞU

Amerikalıların yarıdan çoxu milyarder İlon Maskın ABŞ prezidenti Donald Trampın administrasiyasında mühüm rol oynamasına qarşıdır.

Publika.az xəbər verir ki, bu haqda məlumatlar Kuinnipiak Universitetinin keçirdiyi sorğunun nəticəsində əks olunub.

Sorğuda iştirak edən amerikalıların 53%-i Maskın Tramp administrasiyasında mühüm rol oynamasını bəyənmədiklərini qeyd ediblər. Respondentlərin 39%-i əks fikir bildirib.

Sorğunun nəticələrinə görə, demokrat amerikalıların 90%-i Maskın Trampın dövründə görkəmli rolunu bəyənmir, respublikaçıların 73%-i isə bunu bəyənir.

Qeyd edək ki, sorğu yanvarın 23-dən 27-dək mindən çox yetkin amerikalı arasında telefon vasitəsilə aparılıb. Sorğunun statistik səhv marjası təxminən 3,1 faiz bəndidir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm