Region
Kütləvi şəkildə intihar edirlər: Deputat həbsxanalardakı dəhşətli durumdan yazdı
“Hər gün yeni problemlər və qeyri-müəyyənliklərin olduğu xaotik bir vəziyyətdə, adətən dərin narahatlıq doğuran problemlər bizim nəzərimizdən kənarda qalır”.
Publika.az xəbər verir ki, Ermənistan həbsxanalarındakı durumla bağlı erməni deputat, “Ermənistan” parlament fraksiyasının üzvü Elinar Vardanyan sosial şəbəkə səhifəsində yazıb.
“Bu ilin yanvar ayında cəzaçəkmə müəssisələrində həbsdə olan 4 nəfərin ölümü baş verib. Cəmi bir ay ərzində dörd həyat kəsildi. 1 məhkum və 1 saxlanılan şəxsdə bioloji ölüm faktı qeydə alınıb, bir halda isə aclıq aksiyası nəticəsində ölüm jalı baş verib. 1 məhkum və 1 həbs edilən şəxs isə intihar edib. Gördüyümüz kimi, ölən iki nəfərin işi ilə bağlı yekun məhkəmə aktı belə yoxdur.
Son iki ildə mənzərə belə idi: 2023-cü ildə saxlanılan və məhkum olunmuşlar arasında 16 ölüm, 2-si intihar olmaqla. 2024-cü ildə ölənlərin sayı isə 12-dir. Ölənlərdən 5-i məhkum edilmiş, 7-si saxlanılan şəxslərdir.
Özünə zərər vermə halları da artıb. 2024-cü ildə 205, 2023-cü ildə 155. Eyni zamanda bəzi məhbuslar bunu dəfələrlə ediblər. Belə ki, 2024-cü ildə özünə xəsarət yetirmə hallarının sayı 626, 2023-cü ildə isə 472 olub. 2025-ci ilin yanvar ayında cəzaçəkmə müəssisələrində 15 nəfərin özünə xəsarət yetirməsi ilə bağlı 17 fakt qeydə alınıb. Təkcə bu ilin yanvar ayında cəzaçəkmə müəssisələrində saxlanılan 18 nəfər aclıq aksiyası keçirib.
Bunlar sadəcə rəqəmlər deyil. Bu rəqəmlər ədliyyə və cəza sistemindəki problemlərin əksidir. Problemlər çoxdur və onlar çoxşaxəlidir: yaşayış şəraiti, tibbi xidmət və dərman çatışmazlığı, aclıq aksiyası keçirənlərə lazımi tibbi nəzarətin olmaması, hüquqların pozulması və ədalət mühakiməsinin gecikdirilməsi.
Siyahını uzatmaq da olar, amma əslində problem daha dərin və sistemlidir. Dövlət orqanları bir çox hallarda insanın təqsiri sübuta yetirilənə qədər onun azadlığını məhdudlaşdırır, bu şəxsin həyatını öz məsuliyyəti altına alır və əslində onu həyat üçün yararsız şəraitdə saxlayır. Bunlar sadəcə rəqəmlər deyil. Rəqəmlərin arxasında insanların və onların ailələrinin taleyi dayanır”, - deyə deputat yazıb.
Tural
-
Nəqliyyat23:24
Tıxaclardan qurtuluruq - Yeni çəkiləcək yollar bunlardır
-
Magazin122:36
“Bir hadisə yaşadım, hələ də şokdayam” - FOTO
-
İdman22:24
Ronaldo Sumqayıt klubunda - FOTO
-
Sosial21:36
Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ - FOTO
-
Nəqliyyat21:00
Valideynlərə ŞAD XƏBƏR - Məktəbə uşaq yola salmaq ASANLAŞACAQ
-
Səhiyyə20:48
Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş - FOTO
-
Nəqliyyat20:36
Bakıda inşa ediləcək yeni metro stansiyalarının SAYI AÇIQLANDI
-
Magazin119:24
“Pul köçürsünlər, adlarını çəkim”