İlham ƏIiyev Trampa başsağlığı verdi
Bizi izləyin

Rəsmi xronika

İlham ƏIiyev Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.

Publika.az xəbər verir ki, başsağlığında deyilir:

"Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Xatırladaq ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus “Blackhawk” helikopteri ilə toqquşub. “American Airlines” təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. İlkin məlumatlara görə, hadisədən sonra Potomak çayından azı 19 meyit çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm