İdman
Suares Messinin DÇ-2026-dakı uğurunun sirrini açıqladı
Uruqvay millisinin sabiq hücumçusu, “İnter Mayami”nin üzvü Luis Suares Argentina millisinin kapitanı Lionel Messinin 2026-cı il Dünya Çempionatındakı çıxışını dəyərləndirib.
Publika.az xəbər verir ki, təcrübəli forvard “Mundo Deportivo” nəşrinə açıqlamasında klubdakı komanda yoldaşının mundialdakı oyunundan təəccüblənmədiyini bildirib. O, Messinin yüksək formasının səbəbini də izah edib:
“Mən onunla bir müddət məşq etmişəm və Dünya Çempionatına nə qədər ciddi hazırlaşdığını yaxşı bilirəm. Çoxu onun artıq yaşlandığını düşünürdü. Amma Leo əvvəlki kimi ən yaxşı olmaq, rəqabət aparmaq istəyir.
Avstriya ilə son oyun onun xarakterinin növbəti sübutu oldu. O, penaltini qaçırdı, amma mübarizəni dayandırmadı.
Təsəvvür edin ki, qaçırılan penalti ona təsir etsəydi və bütün Argentina millisi dağılmış olsaydı, bu, komandanın zəifliyinin göstəricisi olardı. Amma Messi ayağa qalxdı, mübarizəni davam etdirdi və sonda iki qol vurdu”.
Qeyd edək ki, Lionel Messi 2026-cı il Dünya Çempionatının ilk iki turunda Argentina millisinin vurduğu bütün 5 qolun müəllifi olub. O, Əlcəzairlə keçirilən görüşdə het-trikə imza atıb (3:0), Avstriya ilə qarşılaşmada isə dubl edərək komandasının 2:0 hesablı qələbəsində həlledici rol oynayıb.
Argentina millisi növbəti oyununu 28 iyun tarixində İordaniyaya qarşı keçirəcək.
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı
-
İdman11:18Ronaldonun toyuna dəvət etdiyi məşhurlar: Rihanna, Həbib, Mbappe, Lopes...
-
Region10:23Ermənistanda Putinlə Paşinyanın telefon söhbətindən narahatdırlar: Moskva ona inanmır
-
Pul09:59Sosial büdcədə rekord: Maaş və pensiyalar artır?
-
İdman09:34Ulduz futbolçu qalmaqallı FOTOLARI haqda - Evli kişiyəm
-
Magazin109:13Bloger Səidə Bəkirqızını yenidən məhkəməyə verdi



















.jpg)
















