Neymar “Santos”a qayıtmasının səbəbini açıqladı: Yanvarın əvvəlində belə fikrim yox idi
Bizi izləyin

İdman

Neymar “Santos”a qayıtmasının səbəbini açıqladı: Yanvarın əvvəlində belə fikrim yox idi

“Santos”un hücumçusu Neymar Braziliya klubuna qayıtmasının səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, o, “Globo”ya açıqlamasında bu sözləri deyib:

“Etiraf edirəm ki, yanvarın əvvəlində Santosa qayıdacağımı hələ təsəvvür etmirdim, “Əl-Hilal”ı tərk etməyi planlaşdırmırdım. Ailəm xoşbəxt idi və mən oynamaq istəyi ilə dolu idim. Amma bəzi hallar yarandı və mən qərar verməli oldum.

Məşq zamanı, gündəlik həyatda kədərlənməyə başladım və bu, psixi vəziyyətimə mənfi təsir etdi. Qayıtmaq fürsəti gəldi və iki dəfə düşünmədim. Atama dedim ki, “Santos”a qayıtmaq istəyirəm və hər şey yaxşı getdi”.

Qeyd edək ki, Neymar 2009-2013-cü illərdə oynadığı “Santos” yetirməsidir. Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm