Neymar təqdimata helikopterlə gəldi: göz yaşlarını saxlaya bilmədi – VİDEO
Bizi izləyin

İdman

Neymar təqdimata helikopterlə gəldi: göz yaşlarını saxlaya bilmədi – VİDEO

“Santos” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrıldıqdan sonra doğma klubuna qayıdan braziliyalı Neymarı rəsmən təqdim edib .

Publika.az xəbər verir ki, hücumçu mərasimə helikopterlə gəlib. Klubun stadionunda olan tamaşaçılar kumirlərini çılğınlıqla qarşılayıblar. Bu zaman Neymar göz yaşlarını saxlaya bilməyib.

32 yaşlı braziliyalı forvard əvvəllər əfsanəvi Pelenin geyindiyi “Santos”da 10 nömrə altında çıxış edəcək.

Neymar karyerasının əvvəlində, 2009-2013-cü illərdə “Santos”da oynayıb. O, daha sonra “Barselona”ya keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm