"Qalatasaray" onu Almaniya klubuna satdı
Bizi izləyin

İdman

"Qalatasaray" onu Almaniya klubuna satdı

"Ayntraxt" "Qalatasaray"ın hücumçusu Mişi Batşuayini transfer edib.

Publika.az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb.

Belçikalı futbolçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb. Transfer məbləği 3 milyon avro olaraq qiymətləndirilir.

Batşuayi “Marsel”, “Çelsi”, “Fənərbağça”, “Beşiktaş”, “Valensiya” və digər klublardakı çıxışları ilə tanınır.

Qeyd edək ki, 31 yaşlı forvard bu mövsüm 30 oyun keçirib və 7 qol vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm