Karlsen prezidenti biabır etdi: İstefa verəcəksiniz?
Bizi izləyin

İdman

Karlsen prezidenti biabır etdi: İstefa verəcəksiniz?

Norveçli qrossmeyster Maqnus Karlsen Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçi istefaya çağırıb.

Publika.az xəbər verir ki, buna səbəb funksionerin sərbəst şahmat turnirləri ilə bağlı qətiyyətli mövqe sərgiləməməsi və bu yarışa dünya çempionatı statusu verməməsidir.

“Oyunçuların məcburiyyəti, səlahiyyətlərindən sui-istifadə və vədlərin pozulması.

FİDE prezidenti Dvorkoviç məni Nyu-Yorkda sürətli və blits oynamağa inandırmaq üçün dekabrın 19-da atama yazmışdı: “Mən sadəcə olaraq sizə və Maqnusa çatdırmaq istəyirəm ki, FİDE ilə "Freestyle" arasında tanınma məsələsində nə olursa olsun, heç bir şəkildə oyunçulara təsir etməyəcək. Onlar öz qərarlarını verə biləcəklər və FİDE heç bir mənfi addım atmayacaq”.

Həmin gün siz əlavə etdiniz: “Sözümə Şura tərəfindən xələl gəlsə, istefa verəcəm”.

Oyunçuları qəbuledilməz imtina imzalamağa məcbur etməklə, siz vədinizi pozmusunuz. "İstefa verəcəksiniz?" — deyə Karlsen sosial şəbəkədə paylaşım edib.

Qedy edək ki, Sərbəst Şahmat Turu, Karlsen və iş adamı Yan Henrik Büttner tərəfindən əsası qoyulmuş "Fischer Random Chess" turnirləri seriyasıdır və burada fiqurların startdan əvvəl düzülüşü təsadüfi püşkatma ilə müəyyən edilir. Qarşı tərəfin federasiyanı dünya çempionatlarının yeganə tənzimləyicisi kimi tanımaqdan imtina etdiyi üçün FİDE turnirə dünya çempionatı statusunun verilməsinə qarşı çıxıb. FİDE sərbəst şahmat seriyasını öz təqviminə bir şərtlə daxil edir ki, şahmatçılar şahmatın istənilən forması üzrə istənilən alternativ dünya çempionatlarında iştirakını istisna edən müqavilə imzalasınlar. Əks halda, qrossmeysterlər FİDE dünya çempionatının iki tsiklində iştirak etmək imkanını itirəcəklər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm