İdman
"Siti" "Bayer" ulduzlarını hədəfə aldı: 200 milyonluq plan

"Mançester Siti" "Bayer Leverkuzen"in iki aparıcı oyunçusu ilə maraqlanır.
Publika.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Floryan Virts və müdafiəçi Jeremi Frimponqdan gedir. Bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 22 yaşlı Virts bu yay Səudiyyə Ərəbistanına üz tutma ehtimalı yüksək olan Kevin De Bruynenin mümkün əvəzləyicisi kimi nəzərdən keçirilir. Klub Floryanı almaq üçün Avropanın ən yaxşı komandaları ilə rəqabət aparmalı olacaq. Lakin Mançester klubu ümid edir ki, oyunçunun Pep Qvardiolanın rəhbərliyi altında işləmək istəyi həlledici arqument olacaq.
Frimponqa gəlincə, onun alınması Kayl Uolkerin satın alma opsionu ilə "Milan"a icarəyə verilməsindən sonra aktuallaşıb. "Siti" rəhbərliyi hər iki futbolçunun transferi üçün 200 milyon avro ayırıb.
Floryan Virts bu mövsüm klubunda 32 oyun keçirib, 15 qol vurub və 11 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 140 milyon avro qiymətləndirir.
Jeremi Frimponq isə klub səviyyəsində 31 oyunda meydana çıxıb, 3 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun dəyəri 50 milyon avrodur.
Heybət

-
Magazin206:16
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Avropa02:12
Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Sosial11 Fevral 23:36
Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər
-
Magazin211 Fevral 23:12
25 yaşlı parlayan ulduz Merilin Monro rolunda - FOTO
-
İdman11 Fevral 21:48
Kadi qayıdışını qolla qeyd etdi - VİDEO
-
Magazin111 Fevral 21:24
Əməkdar artist bu restorandan qovuldu - FOTO
-
Hadisə11 Fevral 19:49
Sahibsiz dana Bakını bir-birinə vurdu - VİDEO