Ronaldo “Qızıl top”u aşağıladı: Çəkisini itirib
Bizi izləyin

İdman

Ronaldo “Qızıl top”u aşağıladı: Çəkisini itirib

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo ötən ilin sonunda nüfuzlu “Qızıl top” mükafatının “Real Madrid”in braziliyalı cinah oyunçusu Vinisius Juniora verilməməsi ilə bağlı fikirlərini bildirib.

Publika.az xəbər verir ki, portuqaliyalı superulduz 6 dəfə qazandığı mükafatın artıq etibarlı olmadığını bildirib:

"Vinisius, şübhəsiz ki, “Qızıl top”a layiqdir. Lakin mükafat öz çəkisini itirib. Mən mərasimdə iştirak etdim və Vinisiusun bu mükafata necə layiq olduğunu gördüm. Lakin o, bu mükafatı almadı, çünki bu mükafat artıq etibarlı deyil”.

Xatırladaq ki, 2024-cü ilin “Qızıl top” mükafatını İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanıb. Vinisius isə sıralamada ikinci yeri tutub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm